Müğənni Hülya Avşar Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan tərəfindən təşkil olunan iftar yeməyinə geyindiyi dekolte libasın tənqid olunmasına münasibət bildirib.
SonXəbərlər Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur xanım açıqlamasında baş verənlərin onun üçün gözlənilməz olduğunu deyib:
“Belə bir mövzunun gündəmə gəlməsinə inana bilmirəm. İnanın prezident və həyat yoldaşının bu barədə bir problemi olmadı. Onlar kimin nə geydiyinə fikir vermirlər. Çünki hamını olduğu kimi qəbul edirlər. Buna görə də, mən onlar tərəfindən nə qəribə bir baxış, nə də narahtlıq hissi gördüm. Sosial mediadakı şərhlərdən belə anladım ki, bəziləri Tayyib bəydən daha mühafizəkardır".
Qeyd edək ki, iftar gecəsinə seçdiyi dekolite paltar sosial şəbəkədə tənqid olunub. Şəbəkə istifadəçiləri "Hülya Avşar dekoliteni bağla" haştağı etiraz ediblər.