Türkiyənin məşhur cütlüyü model Demet Şener ilə basketbolçu İbrahim Kutluay yenə boşana bilməyib.
SonXəbərlərTürkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb məhkəməyə Demet Kutluayın şahidinin gəlməməsi olub. Prosesdə Demetin özü, İbrahimin isə vəkili iştirak edib. Tərəflərin müraciəti əsasında məhkəmə prosesinə jurnalistlər buraxılmayıb. Şahidin gəlməməsi səbəbilə məhkəmə təxirə salınıb. Növbəti məhkəmə tarixi isə iyulun 14-ə qərarlaşdırılıb.
Qeyd edək ki, 11 il əvvəl evlənən Demet Şener və İbrahim Kutluay cütlüyünün bu evlilikdən 2 uşağı var. Cütlüyün boşanmalarına səbəb isə Demət Şenerin "evlilik birliyi təməldən sarsılıb" iddiası olmuşdu.