SON DƏQİQƏ

Məşhur model: "Hamilə vaxtı lüt soyunmaram"

Tarix:13-06-2017, 11:17

Ötən il iş adamı Karim El Çiaty ilə evlənən və körpə gözləyən Beatriz Barros Antalyada təşkil edilən "Doddo Dossi Fashion Show"da Adriana Lima, İsabeli Fontana, İzabel Goulart kimi məhşur modellərlə bərabər podiuma çıxıb. 

SonXəbərlər xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı braziliyalı model "Habertürk"ə verdiyi açıqlamada həmkarlarının hamilə poz vermələrinə qarşı olduğunu və ona belə təklif gəlsə, qəbul etməyəcəyini deyib.

Doğumdan sonra bir müddət podiuma çıxmayacağını açıqlayan model "Adriana Lima, İsabeli Fontana və Alessandra Ambrosionun da uşaqları var, amma onlar fəaliyyətlərinə fasilə vermədilər. Uşağımın varlığı işlərimə mane deyil. Podiumu buraxmayacağam və uşağımla səyahət etmək istəyirəm", deyə qeyd edib.

Model eyni zamanda doğum sonrası meydana gələcək artıq çəki barədə bunları deyib: "Mənim üçün elə də problem deyil. Tez bir zamanda çəkilərdən xilas olacağımı düşürəm".

Dünyanın altı ölkəsində evi olan məşhur model, doğum sonrası bir müddət Afinada yaşayacağını söyləyib.

Barros həmçinin Braziyalı modellərin digərlərinə nisbətən daha məhşur olmalarının səbəbini deyib: "Biz, digər millətlərə görə daha əyləncəli, istiqanlı və şənik. Dünyanın dörd yanındakı insanlar bizi buna görə sevir. Braziliyada hər millətdən insan var. Belə olduğu üçün bir çox mədəniyyəti bir arada yaşayırıq".

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN