Son dönəmin baxımlı seriallarından sayılan "Cəsur və Gözəl"in baş rol ifaçısı Kıvanç Tatlıtuğ sözügedən serial bitdikdən sonra oynayacağı serialın hər bölümü üçün alacağı qonorarın miqdarını artırıb.
SonXəbərlər Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni təklifləri dəyərləndirən aktyor əvvələr hər bölüm üçün 130 min lirə alırdısa, indi qiymətini 150 minə qaldırıb.
Tatlıtuğun hazırda rol aldığı "Cəsur və Gözəl" serialı iyunun 22-sində final bölümü ilə yekunlaşacaq.
Aktyora olduqca çox təkliflər gəlsə də, o, 6 aydan tez ekrana dönməməyi düşünmür. İstirahət edib, enerji toplayacağını deyən Kıvanç Tatlıtuğ tətil müddətində gələn yeni layihələri dəyərləndirəcək.