SON DƏQİQƏ

Oksananın anası Səidə Sultan haqda: “Özünə də demişəm ki, bəzi hərəkətləri...“

Tarix:12-06-2017, 10:25

Rəqqasə Oksana Rəsulovanın ailəsi Şabranda yaşadığından, ailənin özü “Maşın Şou”ya qonaq gəlib.

12 gün anasından ayrı qalan rəqqasə anasını qarşısında gördükdə göz yaşlarını saxlaya bilməyib: “İşlərin çoxğluğundan bəzən ailəmizi görə bilmirik. Bunu yerdə anam, göydə Allah bilir... “

Anası isə qızının 1 yaş yarımında olarkən gördüyü əhvalatı danışıb: “Gəldim gördüm ki, bir jurnalı cırıb. Əlinin üstündən çimdiklədim, dedim ki, niyə cırıbsan? Sonra gəldim gördüm ki, acığından cırdıqlarını parça-parça edib... Amma çox iradəli, istədiyinə nail ola bilən qızdır. Nə istəyib, ona əli çatıb, iradəsi möhkəmdir. Hara gedibsə, yarıdıb”.

Rəqqasənin anası şouda baş verən qalmaqallara da münasibət bildirib: “Mədəniyyət işçisinin təbiəti də gərək mədəniyyət çərçivəsində olsun. Oksanaya həmişə demişəm ki, özünü cilovla. Çünki kənardan baxanda o qədər pis görünür ki. Hansı ana istəyər ki, orada övladı cılız görünsün?”

Rəqqasənin anası müğənni Səidə Sultan haqda da danışıb: “O qızı mən çox istəyirəm, bunu özünə də demişəm. Demişəm ki, bəzi hərəkətləri yaxşı deyil, amma içi safdır”.

Rəqqasə isə sonda qeyd edib ki, ailəsi məşhur Ağabəyovlar nəslindəndir.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN