SON DƏQİQƏ

Nadir Qafarzadə: “Şouda bir çox insanın həyat tərzini öyrəndim”

Tarix:12-06-2017, 12:23

“Maşın Şou”nun bugünkü oyununda bir çox məşhur iştirak edib.

Bunlar xalq artistləri Firəngiz Mütəllimova, Həmidə Ömərova, əməkdar artist Tünzalə Ağayeva, aktyor Rəfael İskəndərov, müğənnilər Eyyub Yaqubov, Ədalət Şükürov, Elçin Hüseynov, Nadir Qafarzadə və bir sıra tanınmış aparıcılar olub.

Bir neçə gün öncə “Maşın Şou”nu tərk edən müğənni Nadir Qafarzadə şou ilə bağlı fikirlərini bölüşüb: “Mənim üçün böyük şəxsiyyətsiniz, var olasınız. Bu şouda mənə həyat dərsi öyrətdiniz. Baxmayaraq ki, mən sizdən böyüyəm, artıq 46 yaşım var. Məsəl var ki, ağıl yaşda deyil, başdadır. Burada bir çox insanın həyat tərzini öyrəndim. Həmçinin, yaxşını pisdən ayırmağı, düzlük söhbəti və s. haqda”.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN