ARB TV-nin “Gəlin danışaq” proqramına qonaq olan müğənni Günay İbrahimli, yenə də maraqlı açıqlamaları ilə diqqət çəkib.
Şəxsi həyatından danışmaq istəməyən müğənni, artıq bu cür mövzuların onun başını ağrıtdığını dilə gətirib:
“Bəlkə bu dəfə danışmıyaq. Uje başım ağrıyır. O qədər saytlar xəbər yazırlar ki, artıq jurnalistləri yığmıram. Çünki, artıq camaata maraqsızdır. Hər kəsin özünə məxsus özün şəxsi həyatı olu, ailəsi olur, sevdiyi dostu olur, sevgilisi olur, nişanlısı olur, həyat yoldaşı olur. Bu hər kəsin həyatında var. Yəni məncə artıq bilirlər. Bunu mənim yenidən deməyim məncə lazım deyil”
Daha sonra aparıcının anidən “Deyirlər toy olacaq” sualına isə, Günay bu cür cavab verib:
“Yox, hələ yox. Mənə xoşdur sizin verilişə gəlmək. Hər kəsə təşəkkür edirəm”.