6 il öncə evlənən məşhur Türkiyəli cütlük boşandı.
SonXəbərlər Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Tuba Büyüküstün ilə Onur Saylak boşanma qərarını birlikdə alıb.
Onlar haqqında mediada dəfələrlə boşanacaqları xəbəri yayılsa da hər zaman bu xəbərin yalan olduğunu qeyd edirdilər. Lakin bu dəfə son oldu. Məşhur cütlük boşandı.
Fevral ayında boşanma qərarı alan cütlük, iyun ayının 5-də hakim qarşısına çıxıb. "Marmara Ereğlisi Aile" məhkəməsində hakim onların ayrılmasına qərar verib.
Qeyd edək ki, boşanan cütlüyün 6 illik evlilikdən ekiz övladları var.









