Ötən gün prodüser Tarix Əliyev (Tolik) doğum gününü qeyd edib.
Sonxəbərlər xəbər verir ki, şəhər restoranlarının birində məclis quran prodüser 38 yaşını 120 nəfərlik qonaqla keçirib. O, yeni yaşı ilə bağlı təəssüratlarını bölüşüb:
“Məni ilk təbrik edən bibim, sonra anam və bacım oldu. Röya iki gün öncə təbrik edib. Birinci təbrik edən tanınmışlar Ruhi ilə Aygün Kazımova oldu. Dostlarım yanımdadır. Mən baxmıram ki, kim tez, kim gec təbrik edib. Əsas odur mənə qarşı diqqət var”.
Tolik yeni yaşında ailə qurub övlad sahibi olmaq istədiyini də vurğulayıb:
“38 yaşıma qədər əldə etdiyim uğurları Azərbaycan xalqı bilir. Bu il gözləntilərim çoxdur. Ailə qurmaq istəyirəm, amma bu işlər qismətdir. Atam zəng etdi ki, arzum gələn il qucağımda nəvəm olmasıdır. Mən yalandan toy edib, nəyinsə xətrinə evlənmək istəmirəm. İstəyirəm ki, qızım olsun, adını Ruhi qoyum. O həyatımda böyük rol oynayır. Yalnız onun sözü ilə hansısa müğənninin üzərindən xətt çəkərəm”.