Müğənni Ayan Babakişiyeva “X maqazin” verilişinin “X adam” rubrikasının qonağı olub.
Musavat.com xəbər verir ki, ifaçı keçmiş ailə həyatından danışıb: “Qarşıma fərqli insan çıxdı. Ona çox güvənirdim. Ona görə də düşünürəm, yaxşı ki, həyatımda oldu. Bəzən deyirik, həyatımın altını üstünə çevirdi. Həyatımın altı daha gözəl imiş. Alınmadı, nə edək. Nöqtə qoyulsa da, xatirələr gözəl qaldı”.
Ayan evlilik təklifi almasından da söz açıb: "Türkiyədə yaşadığım ərəfədə oldu. Amma uyğun gəlmədik. Onda həyat yoldaşım olma potensialını görmədim. Tək addımlayıb, güclü olduğuma görə qat-qat güclü birini istəyirəm".
Müğənni anasından danışaraq, göz yaşı töküb: "Üzr istəməyi bacarmıram. Hərdən anamın da qəlbinə dəyirəm. Sonra peşman oluram, amma üzr istəmirəm. Hərəkətlərimlə göstərirəm ki, bağışla”.
Ayan Türkiyəyə köçməsindən də danışıb: "Sürünmək istəmirəm. Öz ayaqlarım üstə dayanıram. Bir vaxt göz açdım ki, artıq sürünürəm. Ona görə də çıxıb, getdim".