SON DƏQİQƏ

Aktrisa 80 yaşlı ərindən boşanır – Azərbaycanda oğurluq etdiyi deyilirdi

Tarix:14-11-2019, 17:35

Bir müddətdir ki, Türkiyə gündəmini evlilik həyatı ilə zəbt edən aktrisa Məltəm Miraloğlu boşanır.

Musavat.com xəbər verir ki, bu barədə Kanal D-də yayımlanan “İkinci sayfa” proqramında məlumat verilib.

Aparıcılar bildirib ki, aktrisa özündən 48 yaş böyük Patriklə yollarını ayırır. O, artıq rəsmi qaydada məhkəməyə müraciət edərək 80 yaşlı Amerika vətəndaşından ayrılmaq istədiyini bildirib.



Qeyd edək ki, Məltəm “Həyat davam edir” serialı ilə məşhurlaşıb. O serialda babası yaşında kişiyə ərə verilən yeniyetməni canlandırıb.

Ailə həyatı ilə gündəmi zəbt edən aktrisanı öncə Patrik övladlığa götürüb və sonra onunla ailə qurub.

Hətta aktrisanın Azərbaycandan oğurluq etdiyi üçün Amerikaya qaçdığı iddia edilmişdi.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN