SON DƏQİQƏ

“Kaş evimdə oturub ər çörəyi yeyərdim” – Aysel Əlizadə

Tarix:30-10-2019, 14:59

“Uşaqlıqdan valideynlərimə kömək olmaq üçün canfəşanlıq etmişəm. Bir övlad kimi düşünürəm ki, valideynlərin yükünü daşımaq lazımdır. Bizim ailədə seçilmiş mənəm. 15 yaşımda işləmişəm, həm də təhsil almışam. İndi isə Allah ruzimi yetirir”.

Musavat.com xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə MTV-yə açıqlamasında deyib.

O, artıq ailə quraraq ər çörəyi yemək istədiyini bildirib: “Ər çörəyi yemək istəyirəm. İnanın, bütün qadınlarda bu istək var. Hamı rahatçılıq istəyir. Müəyyən çətin günlər olur ki, o qədər yükün üzərində olmağını istəmirsən. O zaman düşünürsən ki, kaş evimdə oturub ər çörəyi yeyərdim. Mənə indi bu yazılıb, belə yaşayıram. Bundan sonra bəlkə, ər çörəyi yeyəcəm? Demək ki, mənim sınağım belədir”.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN