Türkiyəli aktrisa Merve Boluğur şantaj olunub.
Musavat.com türkiyə mətbuatına istinadən xəbər verir ki, ona tanımadığı nömrədən təhdid mesajları yazılıb. Sənətçi bundan sonra prokurorluğa müraciət edib.
Aktrisa bildirib ki, ona "Əlimdə çılpaq fotoların var. Pul verməsən, yayacağam"- deyə, mesajlar yazılıb.
Məlum olub ki, mesaj göndərilən nömrə xarici ölkədə qeydiyyatdadır. Lakin Merve mesajları sübut olaraq təqdim edə bilməyib. Buna görə də işə xitam verilib.