Ötən gün “Miss Turkey-2019” gözəllik müsabiqəsi baş tutub.
Musavat.com xəbər verir ki, Türkiyə gözəli 22 yaşlı Simay Rasimoğlu seçilib.
O, Türkiyəni beynəlxalq müsabiqədə təmsil edəcək. Rasimoğlunun seçilməsindən sonra sosial şəbəkədə onun gözəlliyi müzakirə olunub.
Şəbəkə istifadəçiləri Simayın doğru seçim olduğunu vurğulayıblar.