Müğənni Mina əməkdar artist Aygün Bəylərin repertuarına müraciət edib.
Ifaçı sevilən mahnılardan olan “Özün günahkarsan” mahnısını ifa edib.
O, mahnını ifa etməzdən əvvəl Aygün Bəylərdən halallıq aldığını bildirib: “Aygün Bəylərin sənəti çox böyükdür. Onun repertuarına müraciət etmək risk idi. Dinləyicilər birmənalı qarşılamaya bilərdi. Öncə “Özün günahkarsan”ı oxumaq üçün Aygün xanıma müraciət etdim, halallıq aldım. Sonra da ifamı dinlətdim. Çox sağ olsun ki, icazə verdi, ifamı bəyəndi”.
Qeyd edək ki, Mina mahnını “Hər şey axil” verilişində ifa edəndən sonra sosial şəbəkədə müzakirə olunub. Dinləyicilər ifaçının ifasını bəyəndiyini yazıb.