Bir neçə dəqiqə öncə müğənni Serdar Ortac və Chloe Loughnan boşanıb.
Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, türkiyəli müğənni irlandiyalı arvadı ilə məhkəmə binasına birlikdə gəlib. Sərdarın qəmgin halı, həyat yoldaşının ilə davamlı gülməsi diqqət çəkib.
Sosial şəbəkə istifadəçiləri müğənninin vəziyyətinə üzüldüklərini, Ortacın ayaq üstə güclə dayandığını bildiriblər. Onlar Chloe barədə tənqidi fikirlər yazıblar.
Məşhur cütlük razıma yolu ilə boşanıb.
Qeyd edək ki, 2014-cü ildə evlənən cütlük boşanma səbəbləri barədə mətbuata açıqlama verməyib.
İddialara görə, ata olmaq istəyən müğənni bundan əvvəl də boşanma ilə bağlı vəkilinə təlimat veribmiş.