Aparıcı Zümrüd Bədəlova özünə təmtəraqlı ad günü keçirib.
Musavat.com xəbər verir ki, paytaxt məkanlarından birində baş tutan məclisə aparıcının ailə üzvləri, yaxın dostları, şou-biznes və media nümayəndələri qatılıb.
Məclisin aparıcılığı Samir Bayramlıya həvalə olunub. O, 35 yaşını təmtəraqlı şəkildə qeyd edən Z.Bədəlovanı səhnəyə dəvət edib. Qonaqları salamlayan aparıcı sonuncu dəfə böyük doğum gününü qeyd etdiyini bildirib. Daha sonra o yay fəslində doğulduğu üçün şikayətlənib və bildirib ki, buna səbəb isə ad gününə dəvət olunan qonaqların bir çoxunun istirahət üçün ölkəni tərk etməsidir.
Daha sonra tanınmış müğənnilər ard-arda səhnəyə çıxaraq sevilən mahnılarını səsləndirirblər.