Türkiyəli müğənni Sərdar Ortacın 5 il evli olduğu irlandiyalı arvadı Xloye Lougnadan 5 dəqiqədə boşanmasının detalları ortaya çıxıb.
Türkiyə mətbuatının yazdığına görə, Sərdar Ortacın irəliyən xəstəliyi və şans oyunlarına aludəçiliyi bu evliliyi bitirmə nöqtəsinə gətirib. Belə ki, müğənninin şans oyunlarına aludəçiliyi ailəsində maddi gərginlik yaradıb.
Yayılan iddialara görə, hətta Sərdar Ortac nəinki arvadına pul göndərə bilməyib, hətta onun doğum gününə hədiyyə almayıb. Bu isə cütlüklər arasında qovğanı daha da artırıb. Xloyenin Amerikada qəza törətməsi isə bu münasibəti sona gətirib.
Digər iddialara görə isə müğənni arvadını itirməmək üçün yenidən evli qalmağı və buna görə 500 min lirə təklif edib. Lakin “yox” cavabı alaraq, boşanmağa qərar verib.
Müğənni boşanma qərarını son ana qədər gizli saxlayıb. Xloye bu qərardan xəbər tutanda ağır stress keçirib.
Boşanma ərəfəsində Xloyeyə daha bir zərbə onun Türkiyə vətəndaşı olmaması ilə bağlı olub. Belə ki, Xloye Sərdar Ortacın şirkətində çalışdığı kimi göstərildiyindən, rahat şəkildə bu ölkədə qala bilirdi. Lakin boşanma qərarının ardından müğənni arvadının adını şirkətdən çıxarıb. Nəticədə Xloya 10 çemodanla anası ilə birgə İrlandiyaya dönüb. Müğənni isə 8 il evli olduğu arvadını yola salmayıb.
Qeyd edək ki, cütlük 2014-cü ildə təmtəraqlı şəkildə evlənmişdi.