Rəqqasə Fatimə Fətəliyeva instaqram hesabında paylaşdığı video ilə diqqət çəkib.
Musavat.com xəbər verir ki, o, həyat yoldaşının qucağında oğlu ilə avtomobil idarə etdiyi anları paylaşıb.
Rəqqasə bilərəkdən, ya da bilməyərəkdən həyat yoldaşının yol hərəkəti qaydalarını pozmasını ictimaiyyətlə bölüşüb.
Qeyd edək ki, Yol hərəkəti haqda qanun 12 yaşadək uşaqların avtomobilin ön hissəsində oturmasına icazə vermir. Uşaqların yalnız sürücünün sağ tərəfində xüsusi oturacaq olduğu halda daşınmasına icazə verilir.
Əks təqdirdə sürücü İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin 2-ci bəndinə əsasən, 3 balla cəzalandırılır və 60 manat məbləğində cərimə olunur.