Müğənni Nadir Qafarzadənin “Pis adının başı kəsilməlidir” sözləri müzakirələrə səbəb olub. Müğənni sosial şəbəkədə linç edilib, onun insanları cinayətə sövq etdiyi bildirilib.
Musavat.com xəbər verir ki, Nadiri qıyanlar arasında aktyor Kamran Ağabalayev də olub. O, sosial şəbəkədə “Botoks dodaqlardan çıxan “kişi pis qadının başını kəsər” ifadəsi bir az şey çıxır, yəni zad çıxır!”, yazaraq ifaçını lağa qoyub.
Qeyd edək ki, N.Qafarzadənin Türkiyənin Kırıkkale bölgəsində 38 yaşlı Emine Bulutun keçmiş həyat yoldaşı tərəfindən dəhşətli şəklildə övladının gözü qarşısında öldürülməsinə münasibət bildirərkən səsləndirdiyi bu fikirlər etirazla qarşılanmışdı:
“Bu hadisə qeyrətsizlik səbəbindən baş veribsə, ərinin onun başını kəsməsi düzdür. Pis qadının başı kəsilməlidir. Əgər qadın pozğunluq edirsə, kişi ona dözməlidir? Mən dəqiq bilmirəm, o cinayətin baş vermə səbəbi nədir. Mən inanmıram ki, kişi başqa hansısa səbəbdən bunu etsin”.