Mayın 24-də paytaxtın əyləncə mərkəzlərindən birində “Nəfəs” adlı xeyriyyə konserti keçiriləcək.
Gecənin təşkilatçısı Azərbaycan Tələbə Gənclər Təşkilatıdır. Layihənin ulduz səfiri isə müğənni Elnarə Xəlilovadır.
Konsertdə tanınmış müğənnilər Samira, Nura, Natavan Həbibi, Elçin Cəfərov, Emil Bədəlov, Elnar Xəlilov, Aysel Əlizadə, Qurd, Rauf Əhmədov (Cin), Kazımcan, Sima Nəsirova, Orxan Rəhimzadə, Nahidə Babaşlı, DJ Çina çıxış edəcək. Tədbirdə həmçinin Elnarənin tələbələri də səhnəyə çıxacaq. Gecənin aparıcısı Murad Arifdir.
Qeyd edək ki, konsertdə yığılan vəsait qaraciyər serozundan əziyyət çəkən Tural Budaqovun əməliyyatı üçün sərf olunacaq.
Sonxeberler.info