SON DƏQİQƏ

Onlar da “Maşın” üçün yarışacaqlar - SİYAHI

Tarix:18-05-2018, 15:04

Teleməkanın ən qalmaqallı layihəsi “Maşın” şou mayın 29-da ATV-də başlayacaq.

Bu dəfə “Xanımlar və cənablar-2” devizli yarışda 9 qadın, 9 kişi mübarizə aparacaq.

Yarışma hələ başlamasa da artıq iştirakçıların adları mətbuatda yer alıb. Belə ki, bir müddət öncə reper “Qurd”un yarışmaçılar sırasında olduğu məlum olub.

Ötən gün isə aparıcılar Aytən Səfərova, Günel Hümbətova, Firuzə Cəlilova, İlhamə Bədəlovanın maşın ətrafında mübarizə aparacağı iddia olunub.

“Maşın”ın ən qalmaqallı iştirakçılarından olan və Səidə Sultanla etdiyi davaya görə günlərlə müzakirə mövzusuna çevrilən aktrisa Pərvin Abiyeva da iştirakçılardan biridir.

Musavat.com isə gizli qalan digər qadın iştirakçıların adlarını öyrənib. Onlar aparıcılar Mətanət Əliverdiyeva, Günel Həsənzadə, müğənni Rahidə Baxışova, Ruhəngiz Musəvidir.


Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN