Süni mayalanma yolu ilə hamilə olan rəqqasə Oksana Rəsulova susqunluğunu pozub.
Sonxeberler.info xəbər verir ki, rəqqasə haqqında səsləndirilən tənqidlərə “İnstagram” hesabında belə cavab verib: “Aylar şahı Ramazan. Bu müqəddəs ay xoş gəlir! Bütün oruc tutub dua edən insanları təbrik edirəm. Allah qəbul etsin. Bu ayda əllərimi açıb Allaha yalvaracam: Ya rəbbim, imansız dinsiz insanlara; ürəyi daş olub, gözü kor olanlara, böhtan atıb, nəticəsini anlamayanlara, Allahı tanıyıb ona ibadət etməyənlərə, Qurani-Kərimi dərk etməyənlərə, dinimizi qəbul etməyənlərə, qeybət edib öz nəslini, ailəsini, övladlarıni fikirləşməyənlərə, kiminsə haqqına girib haqq yeyənlərə, cadu edib günah qazananlara, ya Rəbbim, onlara ibadət ver, düzgün yola çək, ürəklərinə və dillərinə mərhəmət, ağıl, hidayət ver, ya Allah. Heç olmasa, bu ay ərzində, əməllərimizi düzəldib, çalışaq, günahlarımızı azaldaq. Amin”.
Sonxeberler.info