Əkiz uşağa hamilə olan Rəqsanə ailə qurmasının səbəbini açıqlayıb.
Müğənni Nail Naiboğlunun “Stop” verilişinə açıqlamasında qızları üçün ərə getdiyini deyib: “Gördüyüm əziyyətə heç bir kişi də dözməzdi. Arxamda atam, qardaşım, həyat yoldaşım olmayıb. İndikilərin hərəsini bir kişi saxlayır. Məni saxlayan kişi də olmayıb. Dişimlə, dırnağımla çalışmışam. Elə çətinliklərim olub ki… Evim iki mərtəbəli idi, piləkənlər qalxıb-düşüb düşünürdüm. Anama demişəm ki, bizim qohumlarımız da qırılıblar? Niyə bizimlə maraqlanan yoxdur?mən mənəvi dayaq axtarmışam. Hər qadına ailə lazımdır. Durduğum yerdə 35 yaşında ailə qurmadım ki… Övladlarım üçün ailə qurdum. Onların gələcəyi, ərə getməyi var. Ona görə ailə qurdum. Övladlarım üçün etmişəm. Düşündüm ki, övladlarıma ata lazımdır”.
Sonxeberler.info