“Yıldız Tilbenin mahnılarından ibarət albomu gözləyirdim. Bilsəydim ki, bu qədər uzanacaq, öz mahnılarımdan birini çıxardardım. Əflatundan, azərbaycanlı müəlliflərdən mahnılarımız var. Bundan əlavə, Gülşən mənim üçün mahnı hazırlayıb”.
Sonxeberler.info xəbər verir ki, bu sözləri Röya jurnalistlərə açıqlamasında deyib: “Mən yavaş-yavaş işləyirəm, başa düşürsünüz? Pul tökmürəm. Bu sənətə nə pul tökəsən, nə də səni tapşıralar! Öz vətənimdə mənə yaxşı baxmısınız, səhvlərimi, düzlərimi qəbul etmisiniz. Orada mənə deyirlər ki, pul qazanmaq istəmirsən? Heç yerə getmirsən, heç nəyi bəyənmirsən. Bəs Türkiyədə bu işləri niyə görürsən? Mən də cavab verirəm ki, Azərbaycan deyəndə mən yada düşüm. Öz dövlətimizi təmsil edirəm. Çalışacağam ki, “azəri” sözünü üstümüzdən götürüm. “Azəri” azərbaycanlı demək deyil”.



