Müğənni Aysel Əlizadə insanların mal-mülkünün müzakirə olunmasının tənqid edib.
“Xəzər maqazin” verilişinə danışan ifaçı haqqında edilən müzakirələri məntiqsiz adlandırıb: “Kimin nəyi necə əldə etməsinim müzakirə və mühakimə etmək düzgün deyil. Yaşadığım evi bir ilin içində əldə etməmişəm. Onun üzərində 6-7 illik əziyyətim var. Babal yuyurlar, düzgün olmayan xəbərlər yayırlar. Vaxt olub ki, 1 manat üçün ifa etmişəm. Mən keçmişini unutmayan insanam. Ona görə də hər şeyi zəhmətlə əldə etmək lazımdır. Müzakirələr məntiqsizdir. Hər kəsin yaxşı və pis günü olur”.
İfaçı sosial şəbəkələrdə ona mənfi fikir yazanlar barədə də danışıb: “Çərçivədən kənar sözləri qəbul etmirəm. Həmin şəxsləri blok edirəm. Digər səhifələrdə isə artıq sual vermirlər. Sanki maşın və ya ev tikdirəndə yanımda olublar”.
Sonxeberler.info