SON DƏQİQƏ

İngiltərənin ilk hicablı gözəllik kraliçası ola bilər – FOTOLAR

Tarix:2-04-2018, 12:28

Mariya adlı 20 yaşlı ingilis qız ölkəsinin ilk hicablı gözəllik kraliçası ola bilər.

Sonxeberler.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mariya müsabiqədə qalib gəlsə, İngiltərəni “Miss World”də təmsil edəcək. Sosial işçi olaraq çalışan, məqsədi müsəlmanlara qarşı stereotipləri qırmaq olan gənc qız ilk hicablı müsəlman xanımdır.

Birmingham şəhərində keçirilən müsabiqədə qalib gələn və “Miss Birmingham” adını qazanan  Mariya bildirib ki, qalib gəlmək şansının az olduğunu düşünür. O, əlavə edib ki, finalda çimərlik geyimi geyinib-geyinməməkdə tərəddüd edir və burkini (Hicablılar üçün çimərlik geyimi) geyinməyi düşünür.

Qeyd edək ki, müsabiqənin yarımfinalı iyul ayında keçiriləcək.

 

 

Sonxeberler.info
скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN