Şou-biznesdə yeni qalmaqalın əsası qoyulub.
Sonxeberler.info xəbər verir ki, bir zamanlar birlikdə işbirliyi quran, daha sonra veriliş təqdim edən Toliklə əkiz bacılar Sevil və Sevinc küsüb. Belə ki, 8 mart günü efirə çıxmaq üçün Tolik bacıları dəvət edib. Onlar da Namiq Qaraçuxurlu ilə efirə gələcəklərini deyib. Sonra namiqin verilişə gələ bilməyəcəyi məlum olub. Tolik isə efirə Röya Ayxanı dəvət edib. Tolikin addımı Sevil və Sevinci özündən çıxardıb. Hazırda onlar küsülüdür.
Tolik aparıcısı olduğu “Hər şey daxil” verilişində Sevil və Sevincin müğənni Damla haqqında dediyi “Damla paxıldır. İnsanın nə xeyrinə, nə də şərinə yarayır” sözlərinə münasibət bildirib: “Əvvəl dost olmuşuq, indi “salamımız” yoxdur. O demək deyil ki, hər zaman onları tərifləməliyəm. Damla Sevil Sevincə paxıllıq edən müğənnidir? Necə onu ittiham edə bilərlər? Səmimilikdən danışırlar. Amma Röya Ayxana görə mənimlə münasibəti korlayıblar. Məni sosial şəbəkədə siliblər. Bu, səmimilikdir? Moskvada iki konsert vermisiniz, 1,4 milyon izləyiciniz var. Bu, göstərici deyil. Siz hələ səhnədə yenisiniz. İllərlə sənətdə qalmaq, aktuallığı qorumaq əsasdır. Rayonda bir uşaq qışqırıb sizin üçün ağlaya bilər. Təki o qışqırıqlar konsert verəndə olsun. Məni də insanlar çox istəyirlər. Görəndə sevgilərini bildirirlər”.
Sonxeberler.info