Türkiyənin məşhur aktyorları Bakıya gəlir.
Sonxeberler.info xəbər verir ki, Ahmet Kural ilə Murat Cemcir aprelin 5-i Park Bulvarda keçiriləcək “Ailəlikcə şaşkınız” filminin təqdimat mərasiminə qatılacaq.onlar bu haqda sosial şəbəkədə məlumat yayıblar.
Ekran işinin baş rol ifaçılarından olan Saadet Işıl Aksoyun gəlib-gəlməyəcəyi bəlli deyil.
Saat 19:00-da başlayacaq tədbir üçün biletlər 8 manatdır.
Qeyd edək ki, məşhur aktyorlar “Kardeş payı” serialından tamaşaçılara tanışdır.
Sonxeberler.info