Rəqqasə Fatimə onu paxıl adlandıranlara cavab verib.
Sonxeberler.info xəbər verir ki, rəqqasə heç kimin paxıllığını çəkmədiyini bildirib: “Bu dünyada heç kim var-dövləti aparmayacaq. Çalışın bu dünyada yaxşılıq edin ki, arxanızca rəhmət oxusunlar. Ruzunu da verən Allahdır. Şükür bu günümə, zəhmətimlə hörmət qazanmışam. Amma nəyə görəsə, son günlər məni insanların gözündə alçaltmaq istəyirlər. Xalqın gözü tərəzidir, bilirlər, kim kimdir. Allah hər kəsin ürəyinə görə versin”.
Qeyd edək ki, müğənni Rahidə Baxışova xına evi açdıqdan sonra Fatimənin onunla danışmadığını açıqlayıb.
Sonxeberler.info