Türkiyədə yaşayan model Günay Musayeva azərbaycanlı modelyer Rüfət İsmayılın Beyrut Moda Həftəsindəki dəfiləsində baş maneken olaraq podiuma çıxıb.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, tül işləməli, yanları açıq gəlinlik geyinən Musayeva geyimi ilə yanaşı, verdiyi maraqlı açıqlama ilə gündəmə gəlib. O, “ayağımda idman ayaqqabısı ilə baharda ərə getmək xəyalım var” deyib.
Qeyd edək ki, G. Musayeva 3 il bundan əvvəl aktyor Tolqa Kareldən boşanıb. Keçmiş cütlüyün Cihangir adlı oğlu var.
Sonxeberler.info