SON DƏQİQƏ

Qalmaqalların dəbdə olduğu vaxtda Aygündən fərqli addım – Video

Tarix:27-03-2018, 14:07

Son zamanlar qalmaqalların dəbdə olduğu vaxtda xalq artisti Aygün Kazımova fərqli addım atıb.

Sonxeberler.info xəbər verir ki, ifaçı küsülü olduğu həmkarlarına sosial şəbəkədə barışıq əlini uzadıb. O, “İnstagram” səhifəsində 2002-ci ildə Heydər Əliyev adına Sarayda keçirilmiş “Gələrsiz, görərsiz” konsertindən görüntülər yayımlayıb. Görüntülərdə sənətçinin küsülü olduğu əməkdar artistlər Röya Ayxan, Tünzalə Ağayeva, barışdığı həmkarı Natavan Həbibi, Samir Bağırov, Elnarə Xəlilova yer alıb.

Aygün paylaşıma sözügedən  sənətçilərin şəxsi hesablarını işarələyib və müəllimi Vagif Gərayzadəni təbrik edib. Həmkarları isə onun jestini cavabsız qoymayıb.

 

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN