ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonağı müğənni Musa Musayev olub.
Müğənni Azərbaycanda onan əsəbi insan olmadığını deyib:
“Mənim kimi, bu şou biznesi demirəm tək, ümumiyyətlə Azərbaycanda əsəbi adam yoxdur. Qıcıqlandırmaq başqa şeydir. Qıcıqlandıran insana mən əsəbləşirəm. Ancaq mən həm də mülayim adamam. Səmimiyyətim də gözəldir. Məni tanıyanlar bilir ki, mən uşaqla uşaq, böyüklə böyük kimiyəm. Mən düşmənlik etdiyim adamla da münasibətləri pozmuram. Ancaq o qarşımda duran axmaq başa düşmür ki, bir gün hamımız ölüb gedirik. Müğənniyik, biz gəlib oxuyanda, bu qıcıqlandırıcı sözləri adama atanda musiqi qalır bir yanda”.