Azərbaycanda fəaliyyət göstərən Türkiyənin dəyərli opera və vokal ifaçısı Oya Ergün ad gününü qeyd edib.
Sonxeberler.info bildirir ki, Oya Ergün ad günündə qonaqlarına sürpriz konsert proqramı təqdim edib.
Opera ifaçısı anşlaqla keçən konsertində Azərbaycan bəstəkar mahnılarını və klassik əsərləri ifa edərək qonaqlarına xoş anlar yaşadıb: “Bu gün konsertim ad günümə təsadüf etdi. Bu, məni çox sevindirir. Ad günümə gələn bütün dostlarıma təşəkkür edirəm. Hər bir insanın arzusu var. Mənim isə arzum bütün dünyada sülhün olması və insanların sağlıqlı, xoşbəxt yaşamasıdır”.
Qeyd edək ki, Oya Ergünün ad günündə bir çox dostları iştirak ediblər.





Sonxeberler.info