Şou-biznesdə daha bir dostluğa son qoyulub.
Sonxeberler.info xəbər verir ki, aparıcı Sərxan Kərəmoğlu müğənni Natavan Həbibi ilə münasibətlərinə son qoyub.
O, bu haqda sosial şəbəkədə yazıb: “Demək istəyirəm ki, Natavan Həbibi artıq mənim dostum deyil. Sadəcə, sənətdə dostluq edə bilərik. O da hansısa məclisdən məclisə. Səbəbini isə özüm də bilmirəm, Natavan xanım özü bilir. Özü etiraf etdi ki, sənətdə dostlarım iki nəfərdir. Əgər desəydi, yaxın rəfiqələrim, mənə toxunmazdı. Allah dostları ilə başa can eləsin, mən saxta olub üzə gülə bilmərəm. Sərxana “sözün düzü” deyərlər. Sərxan yalandan dostluq qəbul etmir. Mənim üçün orta yoxdur. Ya sağımdasan, ya solumdasan, ya da heç yoxsan”.
Bir neçə saatdan sonra S.Kərəmoğlu paylaşımını silib.
Sonxeberler.info