SON DƏQİQƏ

“Sponsoru olan çox, amma sənət yox...” – Ramaldan sərt sözlər - VİDEO

Tarix:31-01-2018, 13:05

“ARB Ulduz”un “Virtual həyat” verilişinin növbəti qonağı müğənni Ramal İsrafilov olub.

Müğənni həm artıq çəkidən xilas olmasından, həm də yaradıclığında topladığı sürətdən söz açıb:

“Əvvəllər o qədər tənbəl, tənbəl deyirdilər. Baxdım gördüm ki, elə düz deyirlər. Ancaq tənbəl sözünü yavaş-yavaş yığışdırmaq lazımdır. Pəhriz, sənət, irəli getmək, məni sevənləri sevindirmək lazımdır. Hər kəs öz işi üzərində ciddi, məsuliyyətlə işləsə, o zaman biz kimdəsə səbəb axtarmayacağıq. Mən də hansısa aranjimanım gecikəndə deyirəm ki, filankəs gecikdirdi. Hamımız öz işimiz üzərində məsuliyyətlə dayansaq, o zaman hər şey yaxşı olar”.

Danışdıqca dilinin altında gizlətdiyi sözləri üzə çıxaran ifaçı, iki sözün arası atmacasından da qalmadı:

“İfaçılar çox, pulu olan çox, amma sənət yoxdur. Sponsoru olan çox, amma sənət yoxdur. Mən ona necə pula görə sevilən mahnılarımı verim. Alınmır. Ona görə də mahnı verəcəyim adamları seçirəm. Çalışdığım müğənnilər də göz qabağındadır. Türklər bir sənətçini götürür, onun klipini də çəkir, mahnısını da aranjiman etdirir. Söz verir ki, bir il ərzində səni hamı tanıyacaq. Ancaq bizimkilər mahnını alır, aranjimanı etdirir, klip çəkdirir, bir də baxır ki, təqdimata pul yoxdur. Material əlində qalır, 2-3 ay keçir, zövqlər dəyişilir, aranjimanın keyfiyyəti ölür. O insan da depressiyaya düşə bilər”.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN