“Bu şəhərdə"nin prodüseri Müşviq Abbasov əməkdar artistlər Coşqun Rəhimov və Rafael İsgəndərovun əməliyyatından danışıb.
Sonxeberler.info xəbər verir ki, prodüser C.Rəhimovun rinoplastika etdirdiyini deyib və 7 saat əməliyyatda qalmasının səbəbini açıqlayıb: “Coşqun burnundakı çəpər əyriliyini əməliyyat etdirirdi. Əməliyyat zamanı müəyyən olunub ki, burnunda polip və kista var. Ona görə də proses 7 saat çəkib və onlar təmizlənib.
Abbasov Rafaelin səhhətindən də bəhs edib: “Rafael əməliyyat olunmayıb. Sadəcə endoskopik müayinə edilib. Loru dildə desək, zond udub. Ciddi bir problem yoxdur”.
Qeyd edək ki, ötən gün hər iki aktyorun əməliyyat olunması barədə xəbər yayılmışdı.


Sonxeberler.info