Müğənni Samir Piriyev yeni işbirliyinə başlayıb.
Sonxeberler.info xəbər verir ki, müğənni bundan sonra bir çox uğurlu layihə və konsertlərə imza atmış “KEvents Group”la birgə işləməyə qərar verib.
O, yeni işbirliyi haqda bunları deyib: “Bu işbirliyindən çox razıyam. Bizə bol şans və uğur gətirəcəyinə inanıram. Çünki çalışmağa başladığım “KEvents Group”un işlərinə bələdəm”.
Qeyd edək ki, müğənni Samir Piriyev 4 il birlikdə çalışdığı prodüser Anar Mədətovla yollarını ayırıb.
Sonxeberler.info