“Artıq bir neçə aydır ki, klip üzərində hazırlıqlar gedir. Nəhayət ki, Nail Naiboğlu mənim ipimi oğurladı və klipi çəkməyə başladıq. Mahnının söz və musiqis Sədi qardaşımındır. O, bizim aramızda “Tin uşaqları” kimi tanınır. Mahnının aranjimanı isə Cavid Rəcəboğluna məxsusdur”.
Bu sözləri “ARB Ulduz”un “Virtual həyat” proqramına açıqlaması zamanı müğənni Rüfət Axundov deyib.
Yeni klipindən söz açan müğənni, görüntülərinin az olmasından danışdı:
“İstədim ki, bu dəfə özümü məhz bu yöndə sınayım. Klip əxlaqi-tərbiyəvi mövzudadır. Klipdə bir gəncin başına iş gəlir, illər keçir artıq ağsaqqaldır. O dərk edir ki, insan səhv edəndə də səhvdən düzlüyə qayıtmalıdır. Klipdə bunu əks etdirmək istədik. Ona görə də ekran işində özüm az göründüm”.