SON DƏQİQƏ

Sərdar Ortac: “Küsülü olduğum Ebru Gündəş...”

Tarix:12-01-2018, 14:42

Müğənni Sərdar Ortac illərdir ki, küsülü olduğu Ebru Gündəşdən danışıb.

Sonxeberler.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı həmkarından barışıq addımı gözlədiyini deyib: “Mən çəkingən biriyəm. Ebrunun yanına getməyə qorxuram. Amma çağırsa, qaça-qaça gedərəm. “Gözünü sevdiyim, barışaq” deyərəm. Məni musiqi dünyasına Ebru gətirib. Amma çətin günlərində ona dəstək ola bilmədim. Mənə əsəbləşdi, amma çox hirslənməyib. Bir neçə dəfə rast gəldik. Hal-əhval tutduq. Əvvəlki kimi yaxın deyilik. Bundan sonra kiməsə kin saxlamaram”.

Qeyd edək ki, Rza Zərrab 2013-cü ildə həbs olunanda Sərdar Ebru Gündəşdən uzaq durmuşdu, onunla maraqlanmamışdı. Ebru isə “Sərdar həbs olunanda ona dəstək oldum. O isə mənimlə maraqlanmadı. Dostluq bitdi”, - demişdi.

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN