2017-ci ilin son günlərini yaşayırıq. Mədəniyyət sahəsinə nəzər salsaq, bu il yerli film bazarında yaşanan canlanmanın bir daha şahidi olaraq. Ard-arda çəkilən yerli filmlər həm rəqabəti artırdı, həm də kino sahəsinin inkişafına öz töhfəsini verdi. Filmlərin sayı artdıqca kinoteatrlara axışan tamaşaçının da sayı artdı və illər sonra kinoteatrlara getmə ənənəsi geri qayıtdı.
Bəs, Azərbaycan tamaşaçısı kinoteatrlarda ən çox hansı filmləri izləyib?
Sonxeberler.info bu il ən çox izlənən filmlərin siyasini hazırlayıb:
Nizami Kino Mərkəzində ən çox baxılan ekran işi Türkiyə istehsalı olan “Recep İvedik” olub. Azərbaycan filmlərindən “Stalinin başı” tamaşaçıların ən çox üz tutduğu filmdir. O həm də, mərkəzdə nümayiş olunan filmlərin ikincisidir. Üçüncü isə Türkiyə istehsalı olan “Sonsuz aşk”dır.
Park Cinema
Yerli filmlərdən bu il “Naxox” birinci, “Niyə”, “Oğlan evi” üçüncü olub. Xarici filmlərdən ən çox “Forsaj 8”, “Yaramaz mən – 3”, “Karib dənizinin quldurları”dır.
Cinema Plus
2017-ci ilin ən çox baxılan 10 filmin siyahısı belədir:
1) “Stalinın başı” ("ILK Media" studiyasının istehsalı)
2) “Kəklikotu” (“Cinemazadeh” studiyasının istehsalı)
3) “Naxox” ("Mozfilm" studiyasının istehsalı)
4) “Yanlış anlama” ("DADA Organizasyon" studiyasının istehsalı)
5) “Təhmin və Zaur” (“Cinemazadeh” studiyasının istehsalı)
6) “Bayram axşamı” ("M Group Production" studiyasının istehsalı)
7) “Forsaj 8” ("Universal Pictures" studiyasının istehsalı)
8) “3 badam 1 qoz” ("Dr. Nicat Zeynallı" studiyasının istehsalı)
9) “Hozu” ("Alov Production" studiyasının istehsalı)
10) “Yol arkadaşım” ("BKM" studiyasının istehsalı)
Sonxeberler.info