SON DƏQİQƏ

Müğənni Damlanın adından dələduzluq etdilər - FOTOLAR

Tarix:29-12-2017, 15:48

Müğənni Damlanın adı dələduzluğa qarışıb. Belə ki, müğənninin adından istifadə edən naməlum şəxs xəstə və köməyə ehtiyacı olanlar üçün yardım kampaniyası başlatdığını bildirərək pul toplayır.

Bu barədə hadisənin şahidləri məlumat verib. Onlar bir şəxsin müğənninin adından istifadə edərək pul topladığını bildiriblər və sözügedən məsələ ilə bağlı olan yazışmaları saytımıza təqdim ediblər.

Mələsə ilə bağlı müğənni ilə əlaqə saxlanılıb. İfaçı bildirib ki, hadisədən xəbəri yoxdur:“Bu haqda birinci dəfədir ki, eşidirəm. Balamın canı, mənim xəbərim yoxdur. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Qoymaram ki, kimsə adımı ləkələsin. Yardım etmək, kiməsə əl tutmaq gözəldir. Mən də edirəm. Amma heç vaxt kimdənsə pul toplamamışam. Əgər belə bir addım atsam, ilk olaraq “İnstagram” hesabımda məlumat yayaram. Mənim “Facebook” səhifəm illər öncə açılıb, işlətmirəm. Yalnız “İnstagram” səhifəmi idarə edirəm. İzləyicilərim ancaq orada öz dilimdən eşitdiklərinə inansınlar. Bu haqda orada da paylaşım edəcəyəm”.

Sonxeberler.info

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN