Müğənni Sevda Yahyayeva son günlər şou-biznesdə yaşanan qalmaqallardan danışıb.
Musavat.com saytına açıqlama verən müğənni bildirib ki, söz-söhbətlərin tezliklə həllini tapacağına inanır: “Şou-biznesdə olan qalmaqallardan xəbərim var. Heç kim istəməz ki, bu söz-söhbətlər olsun. Heç kimə qan-qaraçılıq, lazım deyil. Hamı öz işində, sahəsində uğurludur. Şeytana lənət olsun. Qalmaqala da istəyərək düşmürsən. Olanda olur. Məni də qalmaqala çəkmək istəyənlər olub. İndi hamı bilir ki, qalmaqalla işim yoxdur. Daha məni qalmaqala çəkmirlər”.
İfaçı 2018-ci illə bağlı planlarını da dilə gətirib: “Gözümüzü açıb-yumduq, 2017-ci il bitdi. Mənim üçün çox yaxşı il oldu. Arzulayıram ki, 2018-ci il mən də daxil olmaqla, hamı üçün uğurlu olsun. It ilidir, it sadiq və vəfalıdır. Inanıram ki, 2018 uğurlu il olacaq. Yeni mahnılar yazdırıb, kliplər çəkdirəcəyəm. Alınsa, ilin sonunda konsert proqramı ilə çıxış edəcəyəm”.(musavat.com)