SON DƏQİQƏ

Dilarə Əliyeva: “Adlarını açıqlasam, baş xəbərə çevrilər”

Tarix:28-12-2017, 16:12

“2017-ci il mənim üçün məhsuldar və gözəl il oldu. Gözəl olmasına səbəb əzizlərimin sağ-salamat olmasıdır. “Baldız” adlı serialda rol alıram. Artıq mənə “baldız” deyə müraciət edirlər. Tamaşaçıların bəyəndiyi işdə rol almaq mənə xoşdur”.

Bu sözləri əməkdar artist Dilarə Əliyeva musavat.com saytına açıqlamasında deyib. O, 2018-ci illə bağlı gözləntilərini də dilə gətirib:“Önümüzdəki il serialımız davam edəcək. Yay aylarında iki böyük filmdə rol alacağam. Böyük işdir, ona hazırlaşıram. “Məhəllə” filmindən sonra daha çox sevilmişdim. Onun kimi bir iş olacaq. Bu xəbəri tamaşaçıları alanda sevinclərinin həddi-hüdudu olmayacaq. Aktyor heyətində tanınmış simalar olacaq. Adları açıqlaya bilmirəm, icazə yoxdur. Açıqlasam, baş xəbərə çevirilər.”

Aktrisa komediya janrının çətinliklərindən də bəhs edib: “Hesab edirəm ki, bizdə komediya daha yaxşı alınır. Komediyamızda bir neçə sima var ki,  öz tamaşaçı ordusu var. Onları arxaları ilə apara bilirlər. Dramda rol alan aktyorların sayı az olduğu üçün izləyiciləri də azdır. Nə zaman ki, Burak Özçivitdən, Kıvanç Tatlıtuğdan bizdə olacaq, o zaman dram janrı seviləcək. Onların sevənləri film qane etməsə də, aktyorlara görə gedirlər. onu da deyim ki, güldürmək daha çətindir. Komediyada qurşaqdan aşağı zarafatlar olmasa, dramda həddindən artıq artistizm hərəkətləri etməsə, hər ikisi çətindir.  Mən özümü komediyada daha doğru ifadə edirəm. Dramda sanki çabalayıram”.(musavat.com)

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN