Aparılan araşdırmalar göstərib ki, dünyadakı cərrahlar əməliyyat zamanı daha çox rok musiqisi dinləyir. Bu da cərrahların əksəriyyətinin əməliyyat zamanı musiqi dinlədiyini ortaya çıxarır.
Xəstələr əməliyyat zamanı sakitləşdirilmiş şəkildə yatarkən, cərrahlar “Metallica”, “Led Zeppelin” və bu kimi digər rok qruplarının ifalarını dinləyirlər. Məlum olduğu kimi, cərrahlar təkcə rok deyil, digər musiqi janrlarını da dinləyirlər. Lakin araşdırmalar göstərir ki, onların yüzdə 49 faizi rok, yüzdə 48 faizi pop, yüzdə 43 faizi klassik, 24 faizi caz dinləyir.
Rok dinləyən həkimlərin sözlərinə görə onlar daha çox gəncliklərində dinlədikləri rok qruplarına üstünlük verir və bu onlarda nostalji hiss yaradaraq əməliyyatlarını daha rahat və peşəkar etməsinə səbəb olur. Və o da məlum olub ki, cərrahlar albom musiqlərindənsə, instrumental ifaları daha çox sevirlər. Və təxminən hər 3 cərrahdan birində instrumental ifa musiqiləri var.
Araşdırmada iştirak edən həkimlərinin bəzilərinin sözlərinə görə əməliyyat zamanı musiqi dinləmək onları sakitləşdirir, ruh hallarına müsbət təsir göstərir. Həkimlərdən birinin dedikləri: “Musiqi sinirləri yatırır və əməliyyatda iştirak edən həkimlərin əhvalını yüksəldir. Musiqi bəz anlarda əməliyyat ab-havasını daha sakit və kordinatlı edir, bəzi anlarda isə ortamın tempini artırır”.
Lakin bir çox hallarda əməliyyat zamanı musiqi seçimi xəstəyə aid olur. Yəni bəzən cərrahlar xəstələrin arzuladığı musiqi ilə əməliyyata girir. Əgər xəstə oyaq olarsa musiqi seçimində onun da söz haqqı olur.
Tibb bacıları arasında da bu haqda sorğu aparılıb. Məlum olub ki, onların yüzdə 59 faizi pop, yüzdə 44 faizi rok musiqi dinləyir.