Ötən ay sirkə turşusundan zəhərlənmə ilə bağlı 4 nəfər Klinik Tibbi Mərkəzə müraciət edib.
Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov Sonxeberler.info-ya açıqlamasında deyib ki, 14 nəfər ilan zəhərlənməsindən, bir nəfər qaraqurd, 3 nəfər əqrəb sancmasından zəhərlənib.
Baş toksikoloq əlavə edib ki, iyul ayı ərzində 7 nəfər isə dərmanların allergik təsirindən zəhərlənib. Ölüm halları qeydə alınmayıb.