SON DƏQİQƏ

Azərbaycanda yoluxanların sayında "rekord " artım.

Tarix:9-02-2022, 15:46

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 779 yeni yoluxma faktı qeydə alınıb, 6 315 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 718 145 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 660 112 nəfər müalicə olunaraq sağalıb, 8948 nəfər vəfat edib. 49 085 nəfər aktiv xəstə sayını təşkil edib.

44 505 nəfər vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 438 nəfər təşkil edib, ikinci mərhələ üzrə isə vaksinasiya olunanların sayı 2 165-dir.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN