SON DƏQİQƏ

Azərbaycanda COVİD-19-a yoluxanların sayı azalıb, sağalanlar çoxalıb

Tarix:31-08-2020, 19:00

Avqustun 31-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 126 yeni yoluxma faktı qeydə alınıb, 144 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
Azərbaycanda COVİD-19-a yoluxanların sayı azalıb, sağalanlar çoxalıb
Azərbaycanda indiyədək ümumilikdə 36435 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 33847 nəfər müalicə olunaraq sağalıb, 534 nəfər vəfat edib, aktiv xəstə sayı 2054 nəfərdir.

Ölkədə son sutka ərzində 5042, hazırkı dövrədək isə 922069 test aparılıb.

Dünən, avqustun 30-da ölkədə 135 koronavirusa yoluxub, 127 sağalıb.

Sonxeberler.infoскачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN