SON DƏQİQƏ

Əzələ kütlənizi artıracaq super qidalar - SİYAHI

Tarix:12-11-2019, 23:19

Sağlam yemək bədən yağını balanslaşdıran ən vacib amildir. Bədən yağını tarazlaşdırmaq və əzələ kütləsini artırmaq üçün yalnız məşq etmək kifayət deyil.

Hər şeydən əvvəl, əzələ nisbətini artırmaq üçün qidalanma çox vacibdir. Çünki insan idmanın faydasını görmək üçün yediyi və içdiyi hər şeyə diqqət yetirməlidir.

Bəs, müntəzəm məşqlərdən əlavə olaraq əzələ kütləsini artırmaq üçün hansı qidaları istehlak etməlisiniz?

Milli.Az medicina.az-a istinadən sizə həmin qidaları təqdim edir:

Banan

Çox qidalı meyvə olub sağlamlıq üçün faydalıdır. Şəkər tərkibi bir az yüksəkdir, lakin əzələnn formalaşmasına çox dəstək verir.

Balıq yağı

Balıq yağı bədəniniz üçün vacib əlavə köməkdir. Maddələr mübadilənizi sürətləndirir.

Şokoladlı süd

Əzələ formalaşmasında təsirlidir. Məşqdən sonra içəcəyiniz bir stəkan şokolad südü yorğunluğunuzu keçir.

Badam

Vacib zülal və yağ mənbəyidir. E vitamini tərkiblidir və güclü bir antioksidandır.

Yulaf

Yulaflar sağlamlıq mənbəyidir. Tərkibində lif, protein, minerallar və vitaminlər saxlanılır. Həmişə yulaf yeyin.

İspanaq

Tədqiqatçılar ispanaqda olan "phytoecdysteroid"lərin əzələ böyüməsini 20 faiz artıra biləcəyini sübut ediblər.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN