SON DƏQİQƏ

Bakıda doğuşda ana öldü, körpə sağ qaldı

Tarix:7-11-2019, 10:55

Bakıda doğuş zamanı ana ölüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib. 1991-ci il təvəllüdlü Xırda Həsənova günorta saatlarında "İnternational Medical Center-1" klinikasına yerləşdirilib. Ona 37-38 həftəlik hamiləlik, "uşaqlıqda çapıq" diaqnozu qoyulub. Qeysəriyyə əməliyyatı nəticəsində Xırda Həsənova ölüb, körpə salamat doğulub, səhhəti normaldır.

Xəstə yaxınları X.Həsənovanın meyitinin daxili müayinə olunmasına etiraz edərək cənazəni klinikadan aparıblar.

Araşdırma aparılır.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN